Yaponiyada yaşlılara telefonla danışmaq qadağan ediləcək

DÜNYA 24 aprel 2025, 18:25
Yaponiyada 65 yaşdan yuxarı insanlara telefonla danışarkən bankomatlardan istifadə etməyi qadağan edən hökumət səviyyəsində qərar qəbul edib. 

Demokrat.az xəbər verir ki, by barədə “Japan Times” məlumat yayıb. 

Məlumatda deyilir ki, yeni tədbirlər qurbanları əsasən pensiyaçılar olan fırıldaqçılarla mübarizə ilə bağlıdır.

Osaka qubernatoru Hirofumi Yoşimura bildirib ki, yaşlı insanlar təkcə pul itirmir, həm də stressdən əziyyət çəkirlər.

Qurum rəsmisi vurğulayıb ki, sənədə əsasən, maliyyə və digər qurumlar müştərilərini hazırkı qadağa ilə bağlı xəbərdar etməli olacaqlar. 
Qayda pozuntusuna görə heç bir sanksiya olmayacaq. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top