
Roma Papası Fransisk Ermənistan və Azərbaycanı qısa zamanda sülh sazişi imzalamağa çağırıb.
“Qafqazinfo” “Vatican.News”a istinadən xəbər verir ki, Papa bu barədə Pasxa bayramı ilə əlaqədar mesajında bildirib.
Papa Pasxa müraciətində iki ölkə arasında yekun barışıq və regionun bərpası üçün dua etdiyini bildirib.
Bununla yanaşı Yaxın Şərqdə və eləcə də dünyada sülhün və sabitliyin bərqərar olması üçün diləklərini çatdırıb.