Bakı metrosunda problem yarandı — Sərnişinlər qatardan düşürüldü

HADİSƏ 18 aprel 2025, 09:47
Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, metronun "Əhmədli" stansiyasından "İçərişəhər"ə gedən qatarın qapıları bağlanmayıb.

Stansiyaya "Bakı Metropoliten"inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.

Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.

Sərnişinlər isə başqa qatarla yola salınıblar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top