Ukraynanın Azərbaycandakı səfirliyi bayraqlarını endirdi

DÜNYA 14 aprel 2025, 12:49
Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib. Eyni zamanda, Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində həlak olanlar ilə bağlı elektron matəm kitabı açılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib.

"Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları matəm əlaməti olaraq endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk", - o qeyd edib.

Səfir vurğulayıb ki, elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı emb_az@mfa.gov.ua ünvanına elektron məktub göndərilə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top