Peskovun arvadı ilə etdiyi bu hərəkət ukraynalıları hiddətləndirdi

DÜNYA 15 aprel 2025, 16:45
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xanımı Tatyana Navka ilə birlikdə konki üzərində rəqs ediblər.

SAVASHMEDİA.az xəbər verir ki, “RİA Novosti” bununla bağlı görüntülər yayıb.

Bu məlumat Ukrayna mediasında hiddət doğurub. Diqqətə çatdırılıb ki, rus işğalçıları Krivoy Roq, Sumı şəhərlərində ukraynalı uşaqları öldürərkən Putinin dezinformasiya yayan sözçüsü və onun Dneprdən olan ukraynalı <a href="https://savashmedia.az/peskovun-arvadi-ile-etdiyi-bu-hereket-ukraynalilari-hiddetlendirdi-video" target="_blank">həyat</a> yoldaşı vicdan əzabı çəkmədən buz üzərində rəqs edərək əylənirlər.

“Cəhənnəm onları xilas etməyəcək!”, - deyə Dmitri Qordon telegram kanalında yazıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top