ABŞ Prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla, 75-dən çox ölkənin mallarına rüsumların tətbiqini 90 gün ertələyib.
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlama verib.
O əlavə edib ki, ABŞ prezidentinin müvəqqəti dövr üçün geri addım atmasının şərtləndirən bir sıra faktorlar mövcuddur:
“Birincisi, biznes, o cümlədən birja iştriakçıları bu addımları neqativ qiymətləndirdi və qısa müddətdə kəskin itkilər ortaya çıxdı ki, əlbəttə bu çevrələrin narazı salınması arzuedilən deyil. İkincisi, ölkə əhalisinin prezidentinin bu siyasətindən ciddi narahatlıq keçirir və son günlərdə bunu açıq şəkildə bildirməyə başladı. Üçüncüsü, bütün beynəlxalq təşkilatlar, yerli mütəxəssisələr ki, onların arasında çoxsaylı Nobel mükafatçıları var, bu siyasətin təhlükələrinə və zərərlərinə diqqət çəkməsidir. Böyük çoxluq hesab edir ki, proteksionist siyasət ABŞ daxil olmaqla dünya iqtisadiyyatına baha başa gələcək. Digər məqam isə aydındır ki, ABŞ-nın strateji patnyorları ilə münasibətlərində bərpası çətin olan çatların ortaya çıxmasıdır. Böyük ehtimalla Tramp növbəti 90 günük müddətdə ölkələrdən müxtəlif güzəştlər əldə etməyə çalışacaq ki, daha sonra bunu yerli vətəndaşlara uğur və adil sövdələşmə-ticarət münasibətləri kimi təqdim etsin”.
Leyla Turan
Demokrat.az