Politoloq: "Fransada hökumət dəyişikliyi olsa belə, müstəmləkə siyasəti dəyişməyəcək"

DÜNYA 15 aprel 2025, 18:13
"Fransada daxili siyasi vəziyyət gərgin olaraq qalmaqda davam edir. Bu gün baş verən hadisələr bir daha göstərir ki, Fransanın həyata keçirdiyi yanlış siyasət mövqelərinin tamamilə zədələnməsinə səbəb olur. Hazırda Fransanın düşdüyü situsiyanın ən böyük günahkarı elə özüdür. Sosial rəy sorğularında da siyasi qarışıqlıq əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğunu görürük".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. 

Politoloq bildirib ki, bütün bunlar Makronun daxili siyasətdə yanlış qərarları, Fransanın beynəlxalq münasibətlər sistemindəki aqressiv istilaçı və işğal siyasətinin nəticəsidir:

"Fransa çağdaş dünyanın qayda-qanunları ilə yaşamaq istəmir, təxribatlardan istifadə etməyə çalışır. Fransanın müstəmləkə siyasətindən təzyiq vasitəsi kimi istifadə etməsi bərbad vəziyyətdə olduğunu göstərir. Tarixdə Əl-Cəzairə qarşı etdiyi haqsızlıqlardan nəticə çıxarmadan hələ də təhdidlərə davam edir. Çünki dünya bu mövzuda Fransaya yetəri təzyiqi göstərmir. Nəticədə bu gün Əl-Cəzair və Afrikanın digər ölkələri, dəniz aşırı ərazilər Fransanın qanunsuz olaraq saxladığı müstəmləkələrində insan hüquqlarına qarşı vəhşiliklər göstərir. Fransa elə bir siyasi sistem qurub ki, hansısa hökumət dəyişikliyi olsa belə, kanseptual siyasətin dəyişməsi ehtimalı zəif görünür".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top