Sosial şəbəkələrdə boya zavodunun zəhərli maddələri gölə axıtdığına dair görüntülər yayılıb. Vətəndaş "Sobsan” boyaları zavodunun zəhərli maddələri gölə axıtdığını iddia edir. Görüntülər ictimaiyyətdə narahatlığa səbəb olub və mövcud vəziyyətin insan orqanizmi, ətraf mühit üçün zərərli olduğunu bildirib.
Bu məsələ bir sualı aktuallaşdırır: Boya, sürtkü materialları, başqa kimya sexləri, müəssisələr tullantıları, çirkab suları və s. hara axıdır? Buna hansı qurum nəzarət edir?
Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov deyib ki, məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzarət etməlidir:
"Bu çirkablar birbaşa dənizə, sonra çaya, ardınca da okeana axıdılır. Bunların da sulara axıdılması normal hal deyil.
Telman Zeynalov
Baxın, su öz-özünə çirkabı təmizləyir, bərpa edir. Lakin zəhərləyici, kimyəvi maddələr ora düşdükdə insan orqanizminə zərər vurmuş olur. Eyni zamanda balıqlara da təsir edir. Sovet dövründə tullantıların hamısını qəbul edirdilər deyə bir dənə də olsun tullantı olmurdu. Çünki böyük məbləğdə cərimə tətbiq olunurdu. Bu gün də cərimələri artırmaq lazımdır ki, qarşısını ala bilsinlər”.
Məsələ ilə bağlı ETSN-nin mətbuat katibi İradə İbrahimova məsələdən xəbərdar olduqlarını bildirib:
"Yayılan görüntülərlə bağlı əməkdaşlarımız tərəfindən araşdırma aparılır”.