Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağır — FAKTİKİ HAVA

GÜNDƏM 15 aprel 2025, 21:59
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a bildirilib ki, aprelin 15-i saat 21:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxır, Lerik, Balakən, İsmayıllı, İmişli, Cəlilabad, Lənkəran, Sabirabad, Zaqatala, Xocalı, Kəlbəcər,
Zəngilan, Şuşa, Yardımlı, Daşkəsən, Gədəbəy, Culfa, Göygöl, Şəmkir, Ceyrançöl, Şabran, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Biləsuvar və Neftçalada intensiv yağış, Tovuz, Oğuz, Qax, Xaltan, Göyçay, Gəncə, Quba, Qusar, Şəki, Laçın, Ağdam, Naftalan və Füzulidə isə leysan xarakterli yağış yağır.
Şahdağda arabir qar yağması müşahidə olunur.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s-yə çatır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top