"Uşaqlar düşünür ki, evdən qaçsalar, ailələri onların qədrini daha yaxşı biləcək" — Psixoloq

GÜNDƏM 15 aprel 2025, 18:37
"Bizim dövrümüzdə olan normalarla indikilər bir deyil. İndiki uşaqlar üçün internet daha əlçatandır, barizdir. Kütləvi informasiyaya məruz qaldıqları üçün valideynlərin etdiyi müsbət və mənfi davranışı daha konkret dəyərləndirə bilirlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.

"Son günlərdə evdən qaçmaların artmasına səbəb xüsusi oynanan oyunlar olur. Oyunlarda uşaqlara fərqli təlimatlar verilir. Digər yandan uşaqların həddən artıq inkişaf etməsi valideynlərin onlarla ayaq uydura bilməməsi ilə nəticələnir. Valideynlər belə hallarla rastlaşdıqda mütəxəssislə məsləhətləşməlidirlər, ancaq bunu etmirlər. Sosial şəbəkələrdə yayılan ailə-məişət xəbərləri, düzgün olmayan informasiyalar uşaqlara ciddi təsir edir. Düşünürlər ki, evdən qaçsalar, ailələri onların qədrini daha yaxşı bilər. Valideynlər övladlarının çevrəsinə, baxdıqları məlumatlara diqqət etməlidirlər. Biz internetin bu qədər yayqın olmadığı dövrdə nəyin doğru və ya yanlış olduğunu ayırd edə bilmirdik. İndi uşaqlar hər şeyi analiz edə bilir, ancaq səhv informasiyaya da məruz qala bilirlər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top