Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa Birliyi ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bəyan ediblər.
SAVASHMEDİA.az-ın məlumatına görə, adıçəkilən ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını "tək qanuni hökumət" olaraq tanıyacaqlarını bildiriblər.
Qeyd olunub ki, bu addımlar AB-nin Kipr siyasətində regional müttəfiqlər qazanmaq istiqamətində atdığı strateji bir gedişat kimi şərh edilir.
Sənəddə həmçinin Kiprin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə vurğu edilib.
Dolayısı ilə bu, 1974-cü il hərəkatına və Türkiyənin Kipr türklərinin qətliamının qarşısını almaq üçün hərbi müdaxiləsinə qarşı bir addımdır.