Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadılıb

GÜNDƏM 15 aprel 2025, 19:52
Bakının Xəzər rayonunun Qala qəsəbəsində "Xaşaxuna" massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 kilometr uzadılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişiklik nəticəsində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top