Avropa Parlamenti Fransanın xarici işlər nazirini istefaya çağırıb

DÜNYA 15 aprel 2025, 21:35
Fransanın xarici işlər naziri Jan-Noel Barrot, ölkənin Afrikada  "alçaldılmasından" sonra istefa verməlidir. 

Demokrat.az
xəbər verir ki, bunu Kimlik və Azadlıq partiyasının lideri Marion Mareşal "X" sosial şəbəkəsində bildirib.

Deputat bildirib ki,  Əlcəzairdəki səfirliyin əməkdaşlarının qovulması ilə bağlı məsələ Jan-Noel Barronun təslimiyyət diplomatiyasına son zərbədir.

Dünən Barrot Əlcəzair hakimiyyətinin 12 fransız diplomatını ölkədən çıxardığını bildirib. Onun sözlərinə görə, bu qərar Fransa ərazisində cinayət törətməkdə şübhəli bilinən üç ölkə vətəndaşının saxlanılmasına cavab olaraq qəbul edilib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top