Dünya Özəl

Avropa Parlamenti Fransanın xarici işlər nazirini istefaya çağırıb

Avropa Parlamenti Fransanın xarici işlər nazirini istefaya çağırıb

Fransanın xarici işlər naziri Jan-Noel Barrot, ölkənin Afrikada "alçaldılmasından" sonra istefa verməlidir.

Demokrat.az xəbər verir ki, bunu Kimlik və Azadlıq partiyasının lideri Marion Mareşal "X" sosial şəbəkəsində bildirib.

Deputat bildirib ki, Əlcəzairdəki səfirliyin əməkdaşlarının qovulması ilə bağlı məsələJan-Noel Barronun təslimiyyət diplomatiyasına son zərbədir.

Dünən Barrot Əlcəzair hakimiyyətinin 12 fransız diplomatını ölkədən çıxardığını bildirib. Onun sözlərinə görə, bu qərar Fransa ərazisində cinayət törətməkdə şübhəli bilinən üç ölkə vətəndaşının saxlanılmasına cavab olaraq qəbul edilib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova