Sosial şəbəkə hesablarınız oğurlana bilər — VİDEO

GÜNDƏM 15 aprel 2025, 23:14
"Hörmətli abunəçi balansınız sıfra yaxınlaşır".

Yəqin ki, bu tip mesajlarla hamımız qarşılaşırıq. Məsələ burasındadır ki, müəyyən müddət ərzində telefon nömrəmizin balansını artırmasaq, nömrə deaktiv edilə və yenidən satışa çıxarıla bilər. Bu halda isə həmin nömrə üzərindən açılan sosial şəbəkə hesabımız nömrəni alan yeni abonent tərəfindən ələ keçirilə bilər.

Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.

Vətəndaşlardan biri hərbi xidmətdə olarkən nömrəsinin bloklanması və satışa çıxarılması halı ilə qarşılaşdığını söyləyib.

Bəs mobil nömrə nə qədər müddət sonra bağlana və yenidən satışa çıxarıla bilər?

"Fakturalı xətt sistemində olan nömrələrdə abunəçi tərəfindən 120 gün ərzində ödəniş edilməzsə, nömrə müddəti bitmiş nömrə statusuna keçir və ikitərəfli bağlanır. Növbəti 90 gün ərzində həmin nömrə abunəçinin adından bərpa edilməzsə, nömrə yenidən satışa çıxarıla bilər", - deyə mobil operator rəsmisi bildirib.

Daha ətraflı videosüjetdə:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top