"Rusiya təkcə Ukraynanı bombalamır"— ŞƏRH

DÜNYA 15 aprel 2025, 18:47
Sumı hücumu nəticələrinə görə daha dəhşətlidir. Bu hücumda əsas diqqətçəkən məqam ABŞ-ın reaksiyası oldu.Ukraynada şəhərlərin bombalanması, mülki insanların ölümü Kiyevin gündəmdəki sülh planına razı salınması baxımından ABŞ-nin marağındadır? 

Siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib ki,  hələ ki yekun nəticə yoxdur:

“Sülh planından danışırıqsa, bu sülh proqramının da nə olduğunu bilmirik axı. Söhbət ABŞ-nın sülh planındanmı gedir, yoxsa Ukraynanın baxışındanmı? Bütün bunların fonunda olan Rusiyanınmı? Ona görə də proseslərdə ciddi şəkildə tərəddüd qalır. Qərb tərəfində tərəddüdün qalması, uzanması Ukrayna əleyhinə ciddi möqve ortaya qoymasına gətirib çıxarır. Rusiya hazırkı vəziyyətdən istifadə edərək təkcə Ukraynanı bombalamır. Həm də Qərb güclərinə zərbə vurur”.  
Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top