Qəbiristanlıqda rezerv edilmiş YERLƏR — Kimlər sağlığında məzar yeri ala bilər?

GÜNDƏM 15 aprel 2025, 17:28
Qəbiristanlıqlarda öncədən alınmış, yəni rezerv edilmiş məzar yerlərinə rast gəlinir. Öncədən məzar yerinin təyinini bəziləri etirazla qarşılasa da, qanun buna imkan verir.

Yəni bu məsələ 2018-ci il dekabrın 4-də Nazirlər Kabinetinin "Qəbiristanlıqların salınması və idarə olunması" qaydalarına dair qərarda öz əksini tapıb.

Bəs bu hansı halda mümkündür və qanunla kimlər öncədən öz qəbir yerini müəyyən edə bilər?

Bizim.Media qanunda yer alan həmin maddəni təqdim edir.

Sözügedən qərarın 18-ci maddəsində (Qəbir yerlərinin rezervasiyası) qeyd edilib ki, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir.

Həmin bənddə istisna hal kimi qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.

Yəni ər və arvad vəfat etdikdə həmin şəxslərin dəfn olunduğu məzara qonşu olan məzarı rezerv etmək hüququ vəfat edən şəxslərin həyat yoldaşına verilir.

Bunun üçün qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir.

Həmçinin, müdiriyyət rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir.
 

Bu qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar.


Qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə 5 (beş) gün müddətində məlumat göndərməlidir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top