"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4-cü Antalya Diplomatik Forumunda Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşdü. Prezident görüş zamanı onu Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.Ümumiyyətlə bu görüşü Suriya-Azərbaycan münasibtələrində mühüm yenilik hətta yeni bir başlanğıc kimi qimətləndirmək olar".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib .
Politoloq bildirib ki, Bakı-Dəməşq münasibətləri həm Hafiz Əsədin, həm də Bəşər Əsədin dövründə yaxşı olmayıb:
"Əsədlərin açıq ermənipərəst siyasəti iki ölkə arasındakı münasibətləri son dərəcə gərgin vəziyyətə salmışdı. Əhməd əş-Şara isə açıq şəkildə Bakı ilə əməkdaşlıq etməkdə maraqlıdır.Azərbaycan–Suriya münasibətlərinin normallaşması bu ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərə bilər. Bundan başqa bir sıra digər məsələrdə də Bakı-Dəməşq münasibətlərinin formalaşması və inkişafı mümkündür. Rəsmi Bakı son illərdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Suriyanın da Türkiyə ilə quru sərhədinə malik olması onun gələcəkdə TANAP və TAP layihələrinə çıxış imkanlarını artırır. Bu sahədə əməkdaşlıq Dəməşqə ciddi maliyyə vəsaiti gətirə bilər.Azərbaycan həmçinin Suriyanın təhlükəsizliyi baxımından da mühüm rol oynaya bilər. Məlum olduğu kimi İsrail Suriyadakı hadisələri yaxından izləyir. Ankara ilə Dəməşq arasında əməkdaşlığın Təl-Əvivə qarşı yönəlməsi İsraili narahat edir. Bu mənada Azərbaycanın İsrail-Suriya münasibətlərində vasitəçi rolunu oynaması mümkündür. Məsələn, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyada arzuolunmaz insidentlərin qarşısını almağa yönəlmiş gərginliyin azaldılması mexanizminin formalaşdırılması üçün razılıq əldə olunub. Bənzər razılaşma gələcəkdə Dəməşq və Təl-Əviv arasında da mümkün ola bilər".
Əfsanə Kamal
Demokrat.az