Salyanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirildi — FOTOLAR

SOSİAL 15 aprel 2025, 17:49
15 aprel 2025-ci il tarixində Salyanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan” adlı tədbir keçirilib. 

Demokrat.az
xəbər verir ki, Salyan Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin, oftalmoloq-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş olunub. 

Tədbirdə çıxış edənlər yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar.















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top