“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin birinci rübünü 2.3 milyon manat mənfəətlə başa vurdu

İQTİSADİ 15 aprel 2025, 19:23
Yapı Kredi Bank Azərbaycan 2025-ci  ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən ili uğurla bitirən bankın 2025-ci ilin birinci rübün sonuna xalis mənfəəti 2.4 milyon manat təşkil edib.
 
Yapı Kredi Bank Azərbaycan, 25 illik fəaliyyət dövrü ərzində müştəri məmnuniyyətini ön planda tutaraq iqtisadi inkişafa dəstək verməyə davam etmişdir. Bank, innovativ xidmətləri və güclü maliyyə göstəriciləri ilə ölkə iqtisadiyyatına verdiyi töhfəni artırmağı hədəfləyir. 2025-ci il ərzində həyata keçiriləcək texnoloji investisiyalar nəticəsində məhsul və xidmətlərimizin daha da təkmilləşdirilməsi planlaşdırılır.

Ötən ilin müvafiq dövri ilə müqayisədə bankın faiz gəlirləri 8% artaraq 11.5 milyon manat, qeyri-faiz gəlirləri 18% artaraq 6.5 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 9.5 milyon manat olmuşdur.

Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 321 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 183 milyon manat, istehlak kreditləri portfeli 85  milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 53 milyon manat təşkil edibdir.

Bankın depozit portfeli 387 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 298 milyon manat, fiziki şəxslərin depozitləri 89 milyon manat təşkil etmişdir.

2025-cü ilin 1-ci rübünün yekunlarına dair göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 19%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur.

Bankın tutulmalardan sonra məcmu kapitalı 102 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top