![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/4f09011e-df52-4e2d-b70d-91a200bbf00f/elsava.jpg)
ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən bir çox sahələrdə olduğu kimi, ticarət sahəsində də ciddi dəyişikliklərə imza atıb. O, ticarət siyasətini, xüsusilə digər ölkələrlə olan ticarət münasibətlərini yenidən qurmaq və Amerika iqtisadiyyatını gücləndirməyi prioritet kimi dəyərləndirir. Bu səbəbdən dollar bahalaşmağa, neft isə ucuzlaşmağa başlayıb.
Bəs bu siyasət Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Tramp administrasiyasının yürütdüyü siyasətin proteksionizmə doğru daxili bazarının qorunmasına, ABŞ iqtisadiyyatının real sənaye, istehsal sektorunun inkişafına doğru olması gözlənilən idi:
“Nəzərə almaq lazımdır ki, Amerika iqtisadiyyatında dərin sturuktur problemlər var. Xarici ticarətdə mənfi saldonun tarazlaşdırılması, yerli istehsalın stimullaşdırılması bu çox ciddi çağırış kimi Amerika iqtisadiyyatı qarşısında dayanır. Bu baxımdan təbii ki, neft hasilatının artırılması, neft ixracının artırılması da gündəlikdə olan məsələlərdəndir. Buna görə də neftin qiymətində azalmalar hiss olunur. Eyni zamanda düşünürəm ki, yaxın aylarda da gözləniləndir”.
Ekspert onu da bildirib ki, digər tərəfdən bu siyasətin başqa bir nəticələri də gözləniləndir:
“Belə ki, qloballaşmadan iqtisadiyyatın regionallaşmasına doğru proseslərin getməsi dünyanın müxtəlif bölgələlərinin iqtisadi imkanlarının genişlənməsinə şərait yaratmalıdır. Ona görə də biz Azərbaycan iqtisadiyyatına Tramp administrasiyasının siyasətinin təsirlərini proqnozlaşdırmağa çalışsaq görərik ki, bir tərəfdən neftin, qazın qiymətinin azalması kimi çağırışlar böyük ehtimalla bir qədər formalaşa bilər. Amma digər tərəfdən regional iqtisadi əməkdaşlıq çərçivəsində iqtisadiyyatımızın yüksək texnoloji sahələri öz artımı üçün fürsətlər və imkanlar əlavə olaraq əldə edəcək. Ona görə də bu baxımdan məsələyə yanaşdıqda Tramp administrasiyasının siyasəti bizim milli iqtisadiyyatımızın inkişafı baxımından ölkəmizə əlavə imkanlar verəcəyini proqnozlaşdırmaq olar”.
Leyla Turan
Demokrat.az