7-ci sinif şagirdi YOXA ÇIXDI

KRİMİNAL 12 aprel 2025, 23:36
Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bu gün səhər 08:30-da repetitor yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupunun məlumatına görə, məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 09:27
Top