Rusiya Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşır, lakin İrəvan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ya Avropa İttifaqı (Aİ) ilə bağlı seçimini etməlidir, çünki bu blokların standartları bir-birinə uyğun gəlmir.
Demokrat.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Biz Ermənistanın bütün suveren hüquqlarına hörmət edirik; lakin Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) inteqrasiya prosesində iştirak edir və digər standartlara tədricən keçid bir çox sahələrdə Aİİ standartları ilə uyğunluq təşkil etməyəcək", – deyə Kremlin nümayəndəsi qeyd edib.
"Məhz seçim etməyin vacibliyini vurğulayarkən biz bunu nəzərdə tuturuq. Həmçinin, Aİİ-yə üzv dövlətin hamımız üçün əhəmiyyətli olan bu inteqrasiya blokunun qaydaları, tənzimləmələri və prinsipləri ilə ziddiyyət təşkil etməməsi də həyati əhəmiyyət daşıyır", – deyə Peskov vurğulayıb.

