"Bu dərmanlar bədənimdə qəribə şeylər yaradır"

ŞOU-BİZNES 11 mart 2025, 17:55
Türkiyəli aktyor Müjdat Gezenin səhhətində problem yaranıb.
 
Demokrat.az xəbər verir ki, bu barədə aktyor "Cümhuriyyət" qəzetindəki köşə yazısında qeyd edib. O, antidepresanlardan istifadə etdiyini bildirib:
 
"Yazacaqlarıma cavabdeh deyiləm. Çünki həkimim mənə antidepresan dərmanlar verməyə başlayıb. Nə vaxtsa, partlayacaqdı. Öd kisəmi çıxartdırmaq məcburiyyətində qaldım. Müalicə alıram. Bu yeni dərmanlar bədənimdə qəribə şeylər yaradır və yazdıqlarım boşboğazlığa çevrilirsə, mən cavabdeh deyiləm. Bu, başdır. Bu yaşda qızılca və ya parotit xəstəliyinə tutulacağımı gözləmirəm, amma vəziyyətim də çox parlaq deyil. Hamınız sağlamlığınıza diqqət edin. Sağlamlıq yaxşı olanda, qalanı asan olur". (Axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top