4-5 yaşlı uşaq boyunda olan 19 yaşlı gəncin müavinətinin kəsilməsi məsələsinə RƏSMİ REAKSİYA

HADİSƏ 26 fevral 2025, 13:14
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş rayon sakini Vüsalə Ədilovanın əlilliyi ilə bağlı müavinətinin kəsilməsi məsələsinə münasibət bildirib.

Qurumdan Oxu.Az-a bildirilib ki, Ağdaş rayon sakini, 2006-cı il təvəllüdlü Vüsalə Tural qızı Ədilovaya təyin olunan əlillik müddəti 27.12.2024-cü il tarixdə başa çatsa da, onun əlillik müddətinin uzadılması üçün heç bir müraciəti olmayıb.

Qeyd olunub ki, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir.

"Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər (forma-88) e-sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin", - açıqlama deyilir.

Qurumdan əlavə edilib ki, bu barədə Vüsalə Ədilovanın ailəsinə də məlumat verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top