ABŞ ölkəyə təzyiq etdiyi müddətdə İran hökuməti nüvə sazişi ilə bağlı danışıqlara getməyəcək.
Demokrat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Nazir bildirib ki, təzyiq həyata keçirildiyi müddətdə, İranla ABŞ arasında nüvə məsələsi üzrə birbaşa danışıqların aparılması imkanı olmayacaq.
Fevralın 4-də ABŞ dövlət katibi Marko Rubio deyib ki, ABŞ İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, təzyiq İslam Respublikası son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.
*
Əfsanə Kamal
Demokrat.az