Avropa ölkələrinin müdafiə nazirləri Ukrayna ilə bağlı fövqəladə toplantı keçirəcəklər

DÜNYA 22 fevral 2025, 00:26
Fransa və Estoniya Ukraynaya dəstəyin genişləndirilməsini müzakirə etmək üçün fevralın 24-də Avropa ölkələrinin müdafiə nazirlərinin fövqəladə iclasını təşkil edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, fevralın 24-də keçiriləcək videokonfransda Böyük Britaniya, Almaniya, İtaliya və Polşa kimi ölkələrin nümayəndələri ilə yanaşı, Avropa İttifaqı (Aİ) və NATO nümayəndələri də iştirak edəcəklər. Məlumata görə, Avropa liderləri ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyini dayandırması perspektivini nəzərə alaraq yeni müdafiə planları hazırlamaq istəyirlər.

Həmçinin bildirilir ki, Aİ ölkələrinin xarici işlər nazirləri fevralın 24-də Brüsseldə görüşəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top