Rusiya-Azərbaycan gərginliyi davam edir. Gərginlik davam etdikcə fərqli iddialar ortaya atılır, fikirlər səsləndirilir.
Ekspertlər deyir ki, proses davam edərsə, Bakı radikal qərar kimi həm də MDB-ni tərk edə bilər. Lakin bu qərarın ölkəmizə heç bir müsbət divident gətirməyəcəyini düşünənlər də var.
Bəs Azərbaycan MDB-dən çıxa bilərmi?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlərdə gərginliyin olduğunu söyləyən və ya düşünənlər stəkanda fırtına yaratmaq istəyənlərə daha çox bənzəyirlər:
“İstisna deyil ki hər iki tərəfdə münasibətlərdə gərginliyin artmasında maraqlı olan qüvvələr var. Onlar KİV-lər vasitəsilə bununla bağlı əsl hay-küyün qaldırılmasına nail olmaq istəyirlər. Rusiyada bunlar əsasən erməni diasporasının lobbiçilik təklif və imkanlarından siyasi və korporativ dividentlər əldə edənlərdirlər. Onların arasında Rusiya Dövlət Dumasının üzvləri, ictimai və siyasi xadimlər də var. Azərbaycanda isə bu qüvvələr, əsasən, Qərbdəki bəlli təşkilatlar tərəfindən donor dəstəyinə malik QHT-lər, habelə saytlardırlar. Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının öz xeyrinə dəyişdirilməsində maraqlı olan Qərbdəki imperialist dairələr bununla bağlı onların qarşısında əsas sipərin rəsmi Bakı olduğunun mahiyyətinə yaxşı varırlar. Buna görə də, onların tabeçiliyində olan QHT və saytlar vasitəsilə Azərbaycan təyyarəsinin Rusiya fəzasında vurulması ilə bağlı mövzu ətrafında əsl siyasi şou yaratmağa çalışırlar”.
Politoloq deyib ki, Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik münasibətlərinin əsası Azərbaycan və Rusiya prezidentlərinin özləri tərəfindən qoyulub:
“Rusiya və Azərbaycan arasında münasibətlər bir qayda olaraq qarşlılıqlı maraq və etimada, qarşılıqlı mənfəət prinsiplərinə söykənib, xalqlarımız arasında siyasi, humanitar, mədəni, işguzar əlaqələrin bir neçə əsrlik tarixi var.
Rusiya bu gün qlobal çatda ən güclü üç dövlətdən biridir. Bu gün Ər-Riyadda, Aİ-nin belə Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində apardığı müzakirələr göstərir ki, nəinki regional, qlobal təhlükəsizlik problemlərinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil. Bu mənada dövlətlərimiz arasında münasibətlərin kəskinləşdirilməsi istiqamətində addım atmaq istəyən tərəflər əslində müstəqil dövlətçiliyimizi hədəf götürmək istəyən qüvvələrin maraqlarına xidmət edənlərdirlər. Rusiyada azərbaycanlıların deportasiya edilməsi ilə bağlı mövzuları şişirdənlər də dövlətçiliyə qarşı olan maraqlara kökləniblər”.
Leyla Turan
Demokrat.az