İki NATO ölkəsi Ukrayna ilə bağlı təcili parlament iclaslarını çağırıb

DÜNYA 18 fevral 2025, 22:14
İsveç və Finlandiya Ukraynadakı hərbi münaqişənin mümkün həllini müzakirə etmək üçün parlament iclaslarını çağırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Finlandiyanın rəsmi qəzeti yayıb.

İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard təcili toplantı çağırdığını qeyd edərək, İsveçdə birləşməli və Ukraynanı dəstəkləməlidir deyib.

Finlandiyada baş nazir Petteri Orpo Ukraynadakı münaqişə ətrafında yaranmış vəziyyət kontekstində parlamentin iclasını çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Orponun parlament iclasını çağırmaq niyyətini şərh edib. Diplomat Şimali Avropa ölkələrinə öz problemlərini, məsələn, Qrenlandiyanı müzakirə etməyi tövsiyə edib.

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top