Bennaser “Milan”ı tərk edir

İDMAN 04 fevral 2025, 08:42
İsmael Bennaser “Milan”dan ayrılmaq üzrədir. 

Demokrat.az “RMC Sport”a istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Marsel”ə keçməyə yaxındır. 

Bildirilir ki, Bennaser yeni klubunda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Daha sonra isə “Marsel” onu birədəfəlik heyətinə qatacaq. 

Qeyd edək ki, İsmael Bennaser 2024/2025 mövsümündə “Milan”ın heyətində meydana çıxdığı 8 rəsmi matçda bir məhsuldar ötürmə ilə yadda qalıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top