Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkəmizdə yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun təmin olunmasına töhfə verir. Şirkət gənclərin işlə təminatı və peşəkarlığının artırılmasında mühüm rol oynayır.
Belə ki, hazırda “Araz”da fəaliyyət göstərənlərin 46%-ni gənclər təşkil edir. Mütəxəssis heyətinin təmsil olunanların 54%-i, rəhbər heyətin isə 18%-i gənc kadrlardan ibarətdir. Ötən il şirkətə işə qəbul olunanların 67.3%-ni gənclər təşkil edib.
“Araz” uzun müddət təcrübəsi olan peşəkar kadrlarla yanaşı, əmək fəaliyyətinə yeni başlayan və iş təcrübəsi olmayan gənclərə də iş imkanları yaradır. “Araz”da əmək fəaliyyətinə başlayan gənclərin əksəriyyəti iş təcrübəsi olmayan və burada uğurlu karyeraya quranlardır.
Təlimlər və təkmilləşdirmə proqramları
“Araz” supermarketlər şəbəkəsi gəncləri yalnız işlə təmin emtəklə kifayətlənmir. Eyni zamanda əmək fəaliyyətinə başlayan gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq təlimlər təşkil edilir, təkmilləşdirilmə proqramları həyata keçirilir. Həmçinin əməkdaşların peşəkarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə fərdi inkişaf planları hazırlanıb tətbiq edilir. Bunun nəticəsidir ki, əmək fəaliyyətinə aşağı vəzifələrdən başlayan gənclər müvafiq sahələr üzrə zəruri bilik və bacarıqlar əldə edərək karyera yüksəlişinə nail olurlar. Ötən il 3000-ə yaxın gənc şirkət tərəfindən təşkil edilən təlimlərdən faydalanıb.
“Araz” Akademiyasının gənclər üçün təcrübə proqramı
“Araz” supermarketlər şəbəkəsi 2024-cü ildə “Araz” Akademiyası çərçivəsində “Karyerada ilk addım” təcrübə proqramını da davam etdirib. 2022-ci ildən etibarən keçirilən proqramda indiyədək 220-dən çox gənc iştirak edib. 2022-ci ildə 33, 2023-cü ildə 71, 2024-cü ildə isə 164 nəfər proqram üzrə məzun olub. Onlar insan resursları, maliyyə-mühasibatlıq, keyfiyyətə nəzarət, stokun idarə edilməsi, marketinq, İT kimi müxtəlif strukturlarda təcrübə keçiblər. Ödənişli təcrübə proqramına qoşulan 76 nəfər şirkətdə müvafiq strukturlarda işlə təmin edilib. Məqsəd ölkəmizdə kadr potensialının inkişaf etdirilməsinə töhfə vermək, ali təhsilli gənclərin peşəkar iş mühitində təcrübə toplamasına imkan yaratmaq, onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.