Bakının Qaradağ rayonunda "Eurolux" şirkətinin rəhbərini öldürməyə cəhd etməkdə təqsirləndirilən Tariyel Vəliyevin apellyasiya şikayətinə baxılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Tariyel Vəliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tariyel Vəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2023-cü ilin aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əmrah Kərimov və qardaşı oğlu Orxan Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat daxil olub.
Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilib.
İttihamda qeyd edilib ki, təqsirləndirilən şəxs Tariyel Vəliyev Bakıda "Eurolux"şirkətinin anbarları vəzifəsində çalışdıəl müddətdə həmin anbardan külli miqdarda oğurluq edilib. İş üzrə cinayət işi başlanıb və Taryel Vəliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilsə də, barəsində həbs qəti imkan tədbiri seçilməyib.
Məhkəmə istintaqı dövründə Taryel Vəliyev barışıq üçün "Eurolux" şirkətinin rəhbəri Əmrah Kərimovla danışığına gedib. Danışıq zamanı tərəflər arasında mübahisə yaranıb.
Nəticədə Taryel Vəliyev şirkət rəhbəri Əmrah Kərimov və onun qardaşı oğlu Orxan Kərimovun bıçaqlayıb.
Taryel Vəliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci(xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.
Fariz Məlikli
Demokrat.az