Salyanda “20 Yanvar” faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi — FOTOLAR

SİYASƏT 20 yanvar 2025, 18:50
Salyan rayonunda tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi olan 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
 
Demokrat.az
xəbər verir ki,Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, N-saylı hərbi hissənin əsgərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları “20 Yanvar şəhidləri abidə-kompleksi"ni, 20 Yanvar şəhidi Elçin İmanovun məzarını, Şəhidlər xiyabanını və “Şəhidlər” xatirə kompleksini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtramla yad ediblər. Anım mərasimindən sonra rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, 20 Yanvar şəhidi Elçin İmanovun ailəsini ziyarət edərək, əziz xatirəsini hörmət və ehtiramla yad edib. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 35 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir. Xalqımız bu tarixi təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və iftixar günü kimi anır. Həmin qanlı yanvar günündən 35 il ötür. Ötən 35 ildə həyatımız büsbütün, müqayisəyə gəlməz dərəcədə dəyişib, 90-cı ilin Bakısından, 35 il əvvəlki Azərbaycandan, demək olar, əsər-əlamət qalmayıb. İmzalar içində imzamız, bayraqlar sırasında bayrağımız, sözlər yanında sözümüz var. İllərin və zamanın axarında dəyişməz qalan isə xalqın şəhidlərə hörmət və ehtiramıdır. Şəhidlər xiyabanı Azərbaycan xalqının 35 il əvvəl düçar olduğu böyük faciə ilə yanaşı, yenilməz iradəsindən xəbər verir. Özündə ümummilli kədər və iztirabın nişanələrini yaşatmaqla bərabər, mübarizlik rəmzinə çevrilib. Bu məzarlarda uyuyan şəhidlər Azərbaycanın müxtəlif guşələrində doğulublar. Ölüm tarixi, əbədiyyətə qovuşduqları məkan isə eynidir: 20 Yanvar 1990-cı il, Şəhidlər xiyabanı.




















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 yanvar 2025, 21:39
Top