“Guya yoldaşım özünə kurtka alıb, alandan bir dəfə də geyinməyib. Həmişə mən geyinirəm, elə rahatdır ki, əlindən almışam”.
OLAY yazır ki, bu sözləri Safura Əliyeva instaqramda paylaşdığı videoda deyib. Ayna qarşısında dayanıb video çəkən S.Əliyeva sözlərinə belə davam edib: “Amma gözəldir də “cool” görünür”.
Safuranın həmçinin oğlu ilə həyat yoldaşı şahmat oynayarkən çəkdiyi kadrlar maraqla qarşılanıb.
Xatırladaq ki, ailə qurduqdan sonra müğənnilik karyerası ilə vidalaşan məşhur Fərhad Əliyevlə evlidir. F.Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur. Safura - Fərhad cütlüyünün Ayşə adında bir qız, İsgəndər və Natiq adlı iki oğlan övladı var. Cütlük övladları ilə birlikdə İstanbulda yaşayır.