Həbsdən çıxan 36 yaşlı kişi həmkəndlisini əl-qolunu bağlayaraq, ona təcavüz etdi — TƏFƏRRÜAT

KRİMİNAL 14 yanvar 2025, 12:15
Qusar rayonunda 1989-cu il təvəllüdlü Mərhəmət həmkəndlisi Murada (adlar şərti göstərilib – red.) təcavüz edib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Mərhəmət həmkəndlisi Murada məxsus fərdi yaşayış evində birlikdə spirtli içki qəbul etdikdən sonra gözlənilmədən yumruq və kəllə zərbələri ilə onu döyüb. 

Mərhəmət Muradın sağlamlığına yüngül zərər vurub, ona qarşı zor tətbiq edərək yerə yıxıb və yapışqan lentlə (skoçla) qollarını, ayaqlarını və ağzını bağlayıb. 

Daha sonra Muradın əynində olan şalvarı soyundurub, alt paltarını bıçaqla kəsərək çıxardıb. Cinsi ehtirasını təmin etmək məqsədilə Muradla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Hadisəni törədən Mərhəmətin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərhəmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, əvvəllər Cinayət Məcəlləsinin 29,318 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd), 185 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə), 128 (qəsdən sağlamlığa zərər vurma), 180 (soyğunçuluq) və 177-ci (oğurluq) maddələri ilə məhkum olunub: 

“Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldım. Subayam, heç vaxt da evlənməmişəm. Həmkəndlim Muradı uşaqlıqdan tanımışam. Lakin onunla münasibətim 2021-ci ildən yaranıb. Biz adətən bir yerdə yeyib içmişik, öz evimdən çox Muradın yaşadığı Qusar rayonunun kəndində yerləşən evdə olmuşam”. 

Mərhəmət qeyd edib ki, məlum hadisə günü saat 18 radələrində fəhlə işlədiyi bağdan yaşadığı Qusar rayonunun kəndinə qayıdıb: 

“Kəndin mərkəzindən keçən yolla piyada gedərkən qarşıma Murad çıxdı. Məni yanına çağırdı, mağazaya borcu olduğu üçün özünün mağazaya gedə bilmədiyini deyərək, mənə 3 manat 50 qəpik verdi ki, onun üçün araq alaraq gətirim. Muradın xahişini nəzərə alaraq mağazadan araq aldım, yanma qayıdan zaman Murad mənə birlikdə özünün yaşadığı evə getməyi və orada araq içməyi təklif etdi. Mən də Muradla razılaşdım. Birgə Muradın yaşadığı evə gedərək, evə daxil olduqdan sonra alma və çörəklə araq içməyə başladıq. Bir qədər içdikdən sonra sərxoş oldum. 

Məndə Murada qarşı ehtiras yarandı. Fikrimdən Muradla cinsi əlaqədə olmaq keçdi və otaqdakı odun sobasının yanındakı yorğan-döşəyin üzərində uzandım. Murad yanma yaxınlaşdı. Ona cinsi əlaqədə olmaq istədiyimi dedim. Lakin Murad mənim təklifim ilə razılaşmadı. Buna görə də, hər nə yolla olsa Muradla cinsi əlaqədə olmaq qərarına gəldim. Muradı soyundurmaq istədim. Murad müqavimət göstərməyə başladı, buna imkan vermədi”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman əsəbləşərək yumruq zərbələri ilə Muradın üzünə və başına vurmağa başlayıb: 

“Muradın özünü soyundurmağa yenə imkan vermədiyini, əl-qol hərəkətləri etdiyini gördükdə isə evin pəncərəsində yapışqan lent, yəni skoç olduğunu gördüm. Skoçu götürdüm, əvvəlcə Muradın əllərini skoçla bağladım. Əllərini bağladıqdan sonra isə təxminən 30 dəqiqə fasilələrlə onu döydüm. Həmin vaxt Muradın əynində penjamanın şalvarı olub. Əynindəki penjamanm şalvarını əynindən çıxartdım. Ayaqlarını və ağzını da skoçla bağladım. 

Bundan sonra Muradla cinsi əlaqədə olmaq istədim. Lakin əynində olan tumanın mane olacağını düşündüm və əynindən çıxartmaq istədim. Muradın ayaqları bağlı olduğu üçün əynindəki tumanı bıçaqla kəsərək çıxarmalı oldum. Bundan sonra isə Muradı yan uzadaraq arxasında yerə uzandım, onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum. Cinsi aktımı başa çatdırdıqdan sonra Muraddan əl çəkdim. Ayağa qalxaraq əynimi geyindim. Sonra isə bıçaqla Muradın əllərini bağladığı skoçu kəsdim. Murad özü isə ayaqlarını və ağzındakı skoçu açdı. Bundan sonra həmin evdən çıxdım və öz yaşadığım evə getdim. Zorla Muradla cinsi əlaqədə olduğumu dərk etmişəm. Həmin vaxt sərxoş olmuşam və əməlimdən peşmanam. Belə hərəkətlərə yol verməyəcəyimi söz vermişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Muradın sözlərinə görə, ailəlidir və üç övladı var, arvadı və övladları Qusar şəhərində kirayədə yaşayır, özü isə Qusar rayonunun kəndində yaşayır: 

“Rəsmi olaraq boşanmasam da, ailə münasibətlərim yaxşı deyil, ailə üzvlərimdən ayrı yaşayıram. Mərhəmətlə bir neçə ildir ki, tanışam. Məlum hadisə günü, saat 18-19 radələrində yaşadığım evdə olan zaman Mərhəmət yaşadığım evə gəldi və birgə araq içməyi təklif etdi. Mən də razılaşdım. Mərhəmətə 3 manat 50 qəpik araq almaq üçün pul verdimş. 

Bundan sonra Mərhəmət mağazaya gedərək 0,5 litr həcmində araq alaraq geri qayıtdı. Biz birlikdə araq içməyə başladıq. Bir rumka içdikdən sonra döşəmənin üzərində yerdə oturdum. Mərhəmət isə ayağa qalxdı, heç bir səbəb olmadan yumruq və kəllə zərbələri ilə məni döyməyə başladı. Təxminən 25-30 dəqiqə məni döydü. Sonra isə yapışqan lentlə əvvəlcə arxadan əllərimi bağladı. Bundan sonra məni yerə uzatdı və döyə-döyə əynimdəki şalvarı çıxartmağa başladı, Əynimdə olan alt paltarı çıxarmaq istədikdə isə imkan vermədiyim üçün bıçaqla kəsərək əynimdən çıxartdı. Mərhəmət məni tam soyunduraraq çılpaq vəziyyətə gətirdi. Sonra ayaqlarımı və ağzını da skoçla bağladı”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Mərhəmət özü də, soyunmağa başlayıb: 

“Bundan sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağa başladı. Mərhəmətə müqavimət göstərdikdə isə yumruq zərbələri ilə döyərək məni huşsuz vəziyyətə gətirdi. Bir müddət sonra özümə gəldim. Mərhəmət bıçaqla əllərimdə olan skoçları kəsdi. Mən ayağa qalxaraq ayağımda olan skoçları da açdım. Bundan sonra geyinməyə başladığım zaman telefonla polisə zəng etmək istədim. Amma telefonumda kontur olmadığını gördüm. Ona görə polisə məlumat vermədim. Lakin sonradan Qusar rayon polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Mərhəmət 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top