Zelenskidən Kim Çen Ina koreyalı əsirlərlə bağlı təklif

DÜNYA 13 yanvar 2025, 13:32
Ukrayna döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən Şimali Koreya əsgərlərini KXDR rəhbəri Kim Çen Ina təhvil verməyə hazırdır. Lakin hərbçilərin geri qaytarılması üçün bir şərt var.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” səhifəsində məlumat verib.

“Ukrayna Rusiyada əsirlikdə olan əsgərlərimizin dəyişdirilməsini təşkil edə bilsə, onun əsgərlərini Kim Çen Ina verməyə hazırdır”, - dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, Şimali Koreyadan əsir düşən bu əsgərlər ilk olmayacaq.
“Bu, sadəcə olaraq vaxt məsələsidir”, - Zelenski əlavə edib.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski iki yaralı Şimali Koreya əsgərinin Rusiyanın Kursk vilayətində Ukrayna hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.

Bu gün Cənubi Koreya kəşfiyyatı da Ukrayna hərbçilərinin KXDR-in iki əsgərini əsir götürdüyünü təsdiqləyib. (Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top