"Ermənistan xarici işlər nazirinin kompensasiya iddiası könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Kompensasiya iddiası hüquq pozuntusu və itkilərin olmasını etiraf edir. Kompensasiya ödənibsə, deməli, azərbaycanlılar oradan könüllü şəkildə çıxmayıb. Əgər öz istəkləri ilə çıxıblarsa, niyə kompensasiya ödənilib? İnsan öz istəyi ilə nəsə edəndə o kompensasiya ödənilmir. Elə ən başda burdan aydın olur ki, Mirzoyanın iddiaları kökündən yanlışdır. İki iddia bir-birinə daban-dabana ziddir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib:
"Qərbi azərbaycanlılar öz torpaqlarından zorla çıxarılıblar. Onlara bəzi hallarda cəmi bir neçə saat vaxt verilib ki, öz yerlərini tərk etsinlər. Bu barədə kifayət qədər videomaterial və fotomaterial var. Onlara heç bir kompensasiya ödənilməyib. Çox acınacaqlı şəkildə, qış soyuğunda ayaqyalın halda yerlərini tərk ediblər. Bu, könüllü tərketmə ola bilməz. Əlimizdə kifayət qədər faktlar və şahid ifadələri var. Onlar avtobusla, vaqonlarla insan hüquqlarına zidd şəkildə Azərbaycana göndəriliblər. Əlimizdə olan bütün faktlar Ermənistan xarici işlər nazirinin iddialarının əksini sübut edir".
Əfsanə Kamal
Demokrat.az