Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

HADİSƏ 21 dekabr 2024, 12:43
Türkiyədə azərbaycanlı qız cərrahi əməliyyatdan sonra vəfat edib.

Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Məleykə Qoşqar qızı Abışova iki gün əvvəl onurğa əyriliyindən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra onun səhhəti kəskin pisləşib və ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, həyatını itirən yeniyetmə Azərbaycan ordusunun zabiti, “Azərbaycan bayrağı” ordenli polkovnik-leytenant Qoşqar Abışovun qızıdır.

Mərhumun nəşi ötən gecə Azərbaycana gətirilib və bu gün Biləsuvarda dəfn edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top