"Qalatasaray"ın prezidentinə ağır cəza

İDMAN 13 dekabr 2024, 17:44
Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın prezidenti Dursun Özbekə və kluba cərimə kəsib.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, TFF-nin açıqlamasına əsasən, prezident Dursun Özbekin televiziya proqramlarında və klubun sosial media hesablarında verdiyi açıqlamalar cəzalandırılmasına səbəb olub.

Bu açıqlamalara görə Dursun Özbek 150 min Türkiyə lirəsi məbləğində cərimə olunub və 30 gün futbolla bağlı hüquqlarından məhrum edilib. Klubun sosial mediada etdiyi paylaşımlar üçün isə əlavə olaraq 210 min lirə cərimə tətbiq edilib.

Həmçinin, "Qalatasaray"ın "Sivasspor"la oyununda meydana gələn insidentlər və idmana yaraşmayan davranışlara görə klub ümumilikdə 785 min Türkiyə lirəsi cərimələnib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top