Politoloq: “Ukraynanın Gürcüstana qarşı sanksiyaları simvolikdir”

DÜNYA 05 dekabr 2024, 18:41
Ukraynanın Gürcüstana qarşı sanksiyaları simvolikdir.

Demokrat.az xəbər verir ki, bu sözləri beynəlxalq politoloq Enes Karaxanov “İzvestiya” ya açıqlamasında  deyib.

“Gürcüstanın cavab tədbirləri kifayət qədər simvolik xarakter daşıyacaq. Logistika marşrutlarının bağlanması, gürcü mallarına girişin məhdudlaşdırılması və ya viza rejiminin tətbiqi müəyyən narahatlıqlar yarada bilər. Lakin ümumi mənzərəni dəyişməyəcək”, deyə o, bildirib.

Dekabrın 5-də Ukrayna prezidenti Zelenski Gürcüstanın baş naziri İrakli Kobaxidze və hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Ukrayna lideri həmçinin Avropa və ABŞ-ı Gürcüstan hakimiyyətinə qarşı prinsipial davranmağa çağırıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyun 2025, 10:29
05 iyun 2025, 09:22
Top