Uşaqlarını nənə-babasına da göstərmir — Atalarından imtina edirlər (FOTOLAR)

DÜNYA 23 noyabr 2024, 11:58
Bir zamanların məşhur cütlüyü Ancelina Coli və Bred Pitin arasındakı münasibətlər getdikcə pisliyə doğru dərinləşir.

Demokrat.az xəbər verir ki, indi cütlüyün altı övladından bir neçəsi artıq ataları ilə əlaqəni tamamilə kəsib.

Qeyd edək ki, Coli-Pit cütlüyünün 6 uşağından üçü övladlığa götürülüb, üçü isə bioloji olaraq onların övladıdır.

Vyetnamdan övladlığa götürülmüş oğlu Paks Thien sosial media hesabında atasına "beynəlxalq miqyasda pislik" deyə müraciət edib. Ardınca, Efiopyadan övladlığa götürülmüş qızı Zahara və bioloji əkizlərdən biri olan Vivienn Pitt soyadını istifadə etməməyə başlayıb.

Onların ilk bioloji övladı Şiloh isə atasının soyadından imtina etmək üçün hətta hüquqi proses başlatmağa qərar verib. Colinin ilk övladı olan və Kambocadan övladlığa götürülmüş Maddoksun uzun müddətdir ki, Pitlə münasibətinin yaxşı olmadığını artıq hər kəs bilir.

Hazırda yalnız əkizlərdən Knoksun atasına qarşı hər hansı addım atmadığı məlumdur.

Cütlüyün davamlı gərginliyi səbəbindən Bred Pitin valideynləri - Cane və Uilyam düz 8 ildir ki, nəvələrini görə bilmirlər. 

 Pitin valideynləri  nəvələrini son dəfə 2014-cü ildə, Ancelona Colinin çəkildiyi "Unbroken" filminin qala gecəsində görüblər. Həmin vaxt Cane Pit gəlinindən qürurla bəhs edərək deyib: "Ancelina bizim üçün çox şey ifadə edir, xüsusilə nəvələrimiz üçün. Onunla qürur duyuruq və onu sevirik".





Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 noyabr 2024, 12:45
Top