Bakıda çoxmərtəbəli binada yanğın olub

HADİSƏ 02 noyabr 2024, 17:15
Bakıda çoxmərtəbəli binada yanğın olub.

Bu barədə Demokrat.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1930 m² (1-ci mərtəbəsi 1100 m², zirzəmisi 830 m²) olan mağazanın zirzəmisində 20 m² sahədə məişət və taxta tullantıları yanıb. Zirzəmi və mağaza yanğından mühafizə olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 23:45
16 sentyabr 2026, 22:57
Top