Dünyanın ən qeyri-adi göydələni tikilir: 388 metr hündürlük, 4,9 milyon dollarlıq mənzil — (FOTO)

MARAQLI 24 oktyabr 2024, 13:28
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri daha bir qeyri-adi göydələni qəbul etməyə hazırlaşır. 

Demokrat.az
xəbər verir ki, Veil (PƏrdə) adlı bina cəmi 22,5 metr enində olacaq. 

2017-ci ildə memarlıq üzrə Nobel mükafatı olaraq xarakterizə edilən Pritzker mükafatını qazanan İspaniya memarlıq firması "RCR Arquitectes" tərəfindən layihələndirilən möhtəşəm göydələn Dubayın əsas nəqliyyat arteriyası olan Şeyx Zayed yolunun yanındakı kanalın yanında tikiləcək. 

Binadakı lüks mənzillərin qiymətləri 4,9 milyon dollardan başlayır. Dubay hazırda dünyanın ən hündür göydələni Burc Xəlifəyə ev sahibliyi edir.

Yeni bina 73 mərtəbəli və 131 mənzilli olacaq. Hündürlüyü 388 metr, eni 22,5 metr təşkil edəcək. Mənzillərin minimum 2 maksimum 5 otaqlı olması nəzərdə tutulub. Ən ucuz mənzilin qiyməti 4,9 milyon dollar təşkil edəcək.

Göydələnin ən üst mərtəbəsində kinoteatr, tennis kortu, spa və kinoteatr fəaliyyət göstərəcək.

Binanın daxili ərəb evlərindən nümunə götürülərək "kölgə və yaşıllıq" olacaq. 



Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top