Simsiz qulaqlıq seçərkən bunlara diqqət edin

MARAQLI 21 oktyabr 2024, 19:36
Mobil Araşdırmalar Qrupunun aparıcı analitiki Eldar Murtazin Sputnik radiosuna müsahibəsində qulaqcıqların təhlükəsizliyindən danışıb və onları seçməklə bağlı məsləhətləri bölüşüb. 

Demokrat.az xəbər verir ki, Türkiyədə qızın qulağında  partlayan qulaqcıq hadisəsindən sonra çoxları bu cihazların təhlükəsizliyini şübhə altına almağa başlayıb. Eldar Murtazin bildirir ki, qulaqlıqlar partlayış üçün kifayət qədər enerji olmayan kiçik batareyaya sahibdir.

“Belə bir cihaz partlaya bilməz. Oradakı akkumulyator çox kiçikdir və heç nəyi əritmək üçün kifayət qədər enerjisi yoxdur”, - analitik izah edib.

Murtazin naməlum şirkətlərdən qulaqcıqların alınması və ya tanınmış brendlərin saxtalaşdırılması ilə bağlı mümkün risklər barədə də xəbərdarlıq edib. O, zərərli maddələrə məruz qalmanızı minimuma endirmək üçün nüfuzlu markaları seçməyi tövsiyə edir.

Mehriban Mirzəzadə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top