İlin transfer xəbəri — Dünya nəhəngi Arda Güləri istəyir

İDMAN 24 oktyabr 2024, 12:16
"Real Madrid"də əsas heyətə düşə bilməyən Arda Gülər ​​Çempionlar Liqasının "Borussiya" (Dortmund) matçında 90-cı dəqiqədə meydana çıxıb. Son dəqiqələrdə oyuna daxil olan türk futbolçu hələ də baş məşqçi Karlo Ançelottinin etimadını qazana bilməyib.

Demokrat.az
Türkiyə mediasına istinadən xəbər verir ki, "Borussiya" matçının 83-cü dəqiqəsində zədələnən "Real Madrid"in braziliyalı futbolçusu Rodriqo 85-ci dəqiqədə meydandan çıxmalı olub.

İlk müayinələrdən sonra Rodriqonun "Barselona"ya qarşı oynaya bilməyəcəyi dəqiqləşib. Baş məşqçi Karlo Ançelottinin Rodriqonun yerinə kimin oynayacağı maraq doğurur. Ardanın bu vəziyyətdə oynamayacağı təqdirdə böhranın daha da dərinləşəcəyi bildirilib.

Arda Gülərin istənilən qədər forma şansı qazanmayacağı təqdirdə mövsümün sonunda klubunu dəyişəcəyi iddia edilir. İddiaya görə, "Mançester Siti" artıq türk futbolçu ilə maraqlanmağa başladığı öyrənilib.

Bildirilib ki, 19 yaşlı futbolçu üçün planlar quran "Mançester Siti" Ardanı uzunmüddətli investisiya hesab edir. Türkiyə millisinin üzvünün Kevin de Bruynenin mümkün gedişinə alternativ ola biləcəyi deyilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top