Bakı Olimpiya Stadionu Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

İDMAN 23 oktyabr 2024, 15:00
Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.

Demokrat.az UEFA-ya istinadən xəbər verir ki, bununla bağlı AFFA Avropa Futbol Qurumuna rəsmi müraciət ünvanlayıb.

UEFA İcraiyyə Komitəsi 2025-ci ilin mayında Çempionlar Liqasının 2027-ci il finalının ev sahibinin adını açıqlayacaq.

Bakı ilə bərabər Madrid şəhəri də (Vanda Metropolitano stadionu) 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyə iddialıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top