Avropa Liqası: "Qarabağ" "Ayaks"a qarşı

İDMAN 24 oktyabr 2024, 09:15

Azərbaycan təmsilçisi "Qarabağ" bu gün UEFA Avropa Liqasının III turunda Niderlandın "Ayaks" klubunu qəbul edəcək.

Demokrat.az xəbər verir ki, bu, "Qarabağ"ın doğma divarlar arasında keçirdiyi ikinci oyunu olacaq.

Matçda ədaləti FIFA referisi Nikolas Ualşın başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası qoruyacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, Avropa Liqasının bu mərhələsində "Qarabağ" bundan öncəki hər iki oyunda məğlub olub. Səfərdə "Tottenhem"ə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz ev oyununda "Malmö"nün qapısından bir qol keçirsə də, son nəticədə 1:2 hesabı ilə uduzub.

UEFA Avropa Liqası

III tur

Saat 20:45, "Qarabağ" - "Ayaks"

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top