Sosioloq: "İnsanlar evlənməyə “su içmək” kimi baxırlar"

SOSİAL 16 oktyabr 2024, 18:04
Son paylaşılan statistikaya əsasən, 2024-cü ildə 30.788 nikah, 14.248 boşanma halı qeydə alınıb. Sosioloqlar rəqəmlərin dəhşətli olduğunu bildirir. Rəqəmlərə görə hər 2 evlilikdən biri boşanma ilə nəticələnir. Ailə qavramına önəm verən toplum olaraq  ş boşanma halının bu qədər artması normal hal kimi görünmür. 

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, fəlakətin həddindəyik:

"Bu ilin ilk yeddi ayının statistikasına baxdanda vəziyyətin necə dəhşətli və hansı fəlakətin həddində olduğu görünür. 

İki nikahdan biri boşanma ilə nəticələnir. Səbəb bir deyil. Problemin altında onlarla səbəb yatır. Bütün hallarda ilk yeddi ayda dağılan 10.000 ailə arasından təxminən 1000-2000 ailə üzrlü səbəblərə görə dağılmış sayıla bilər. Mümkün deyil ki, bir ölkədə 7 ay ərzində 10.000 ailənin hamısı haqlı səbəblərə görə dağılsın. Gənclər evləndikdən 3-5 ay sonra boşanmağa meyillənirlər".

Sosioloq qeyd edib ki, bir-birini seçərkən əxlaqi dəyərlərə yox, fiziki göstəricilərə və maddiyyata baxırlar:

“Bunların hamısının da nəticəsində ailələr dağılır. Ona görə evlənəndə uzunömürlü olmasını nəzərə almaq lazımdır. İnsanlar evlənməyə “su içmək” kimi baxırlar. Əvvəlki kimi nişanlılıq müddətini uzatmırlar, tanışlıq üçün bir-birlərinə vaxt vermirlər. Bu gün tanış olub, sabah evlənirlər. Mənəviyat, əxlaq dəyərləri nəzərə alınmır. Eyni evdə yaşamağa başladıqdan sonra problemlər gün üzünə çıxır. Nəticə də ortadadır. 


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top