Övladınız bunları edirsə, artıq gecdir — Psixoloqdan XƏBƏRDARLIQ

GÜNDƏM 16 oktyabr 2024, 19:07
Məktəbli uşaqların əllərində telefon görmək bizim üçün adi hala çevrilib. Çoxları düşünür ki, bunu edərək övladının yaşıdlarından geri qalmasının qarşısını alır. Bir çox hallarda tam əksi olur. 

Texnologiya bağlılığı azyaşlıların xəyal dünyasına və təhsil həyatına necə təsir edir?

Psixoloq Fidan Canbabazadə mövzu ilə əlaqədar Demokrat.az-a danışıb. 

"Heç bir körpə anadangəlmə texnologiya bağımlısı olmur. Valideynlər düşünür ki, ancaq uşaqlar texnologiyaya bağlı ola bilər. Özləri də bu səhvi edə bilirlər. 

Azyaşlılar isə eşitdiklərinə yox, gördüklərinə uyğun hərəkətlər edirlər. Azyaşlılar bir şey izləmədən yemək yeməyi sevmirsə, artıq texnologiyaya bağlılıq yaranıb deməkdir. 
Bu cür bağlılıqlar sonra təxəyyüldə problem yarana bilir". 

Onun sözlərinə görə, cizgifilmlərin bir bölümü 5-6 dəqiqə olduğu halda azyaşlılar ard-arda 7-8 bölüm izləyirlər:

“Özlüyündə hansısa rola bürünə bilmir. Sadəcə kompüterdən, telefondan gördüklərini təkrarlayır. Virtual dünya ilə real dünyanı ayırd edə bilmir. 5-6 yaşa qədər əsas məşğuliyyət oyun fəaliyyətidir. Onun əsas fəaliyyətini cizgifilm təşkil edirsə, deməli, onda bağlılıq yaranıb. 

Ən dəhşətlisi də odur ki, cizgifilmlərin bir bölümü 5-6 dəqiqə olduğu halda azyaşlılar ard-arda 7-8 bölüm izləyirlər. Bu ümumilikdə bir neçə saatdan daha çox vaxt deməkdir. 
İlk növbədə kəs azyaşlının görmə qabiliyyətinin zəifləməsini düşünür. Psixoloji zərər haqqında daha çox danışmaq lazımdır. 
Virtual həyatda daha xoşbəxt və sərbəst olurlar. Məktəbdə və sosial işlərdə özlərini göstərə bilmirlər.  

Ən sonda telefon və.s üçün özlərinə və ətrafındakılara xəsarət yetirmək dərəcəsinə gəlirlər. Valideyn övladının bu səviyəyə çatmasında əsas rol oynayır və məsuliyyət daşıyır. Çalışmalıyıq ki, ilk başlarda sadaladığım halları görən kimi aradan qaldıraq”. 


Mehriban Mizəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top