Spiker: "Gürcüstanı Rusiya ilə hərbi qarşıdurmaya sürükləyəcəklər"

SİYASƏT 16 oktyabr 2024, 20:45
Gürcüstan müxalifəti qarşıdan gələn parlament seçkilərində qalib gələcəyi təqdirdə Gürcüstanı Rusiya ilə hərbi qarşıdurmaya cəlb edəcək. 

Demokrat.az
xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib. 

Spiker qeyd edib ki, bu yaxınlarda Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamənin çağırışlarından biri də Moskvaya qarşı sanksiyaların tətbiqi olub və Gürcüstan müxalifəti bu sənədi dəstəkləyib.

O, bunu seçki proqramında Rusiyaya qarşı sanksiyalara qoşulmağı özündə əks etdirən Milli Hərəkat və Lelo partiyalarının qeyd etdiyini vurğulayıb.

"Buna görə də onların vədi Gürcüstanı Rusiya ilə eskalasiyaya cəlb etməkdir ki, bu da birbaşa iqtisadiyyatın məhv edilməsi və Gürcüstanın hərbi qarşıdurmaya cəlb olunması deməkdir", - deyə Papuaşvili bildirib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.


Mehriban Mizəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top